İngiltərə Premyer Liqasına yeni mövsümdən etibarən qoşulacaq ilk komanda bəlli olub. Matc.az saytının məlumatına görə, çempionşipdə sona bir tur qalmış ilk iki pillədən birini təmin etmiş "Norviç" İPL-də oynamağa haqq qazanıb.

Komanda 45-ci turda "Blekbörn"ə 2:1 hesabı ilə qalib gəlib və xalını 91-ə yüksəldib. Bu, "Norviç"in 3 il sonra elitaya təkrar dönüşüdür. Sözügüdən klub sonuncu  dəfə İPL-də 2015/16 mövsümündə çıxış etmişdi.

Qeyd edək ki, hazırda 88 xalla çempionşipdə turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Şeffild Yunayted" də üçüncü yerdəki "Lids"in (82 xal) xal itirməsi ilə Premyer Liqaya çıxmağı təmin edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest