çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" - "Liverpul" oyununun hakimləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA "Nou Kamp"dakı görüşə Hollandiyadan olan briqadanı göndərib.

Mayın 1-də baş tutacaq qarşılaşmanı Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Mario Diks və Ervin Zeinstra kömək edəcək. 4-cü hakim funksiyasını yunanıstanlı Anastasios Sidiropulos yerinə yetirəcək. VAR sisteminə isə Danni Makkelie nəzarət edəcək.

Qeyd edək ki, "Barselona" - "Liverpul" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest