"Milan"ın baş məşqçisi Cennaro Qattuzonun taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" onu qovmağa tələsmir.
İtaliya kubokunda mübarizəni dayandıran komanda A seriyasında da sona 4 tur qalmış turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lakin rəhbərlik mövsümün sonuna qədər Qattuzo ilə yola davam qərarı verib.
Qeyd edək ki, Cennaro Qattuzo 2017-ci ilin noyabrından "Milan"ı çalışdırır.