Azərbaycan millisinin müdafiəçiusi Bədavi Hüseynov "Qarabağ"da 150-ci çempionat oyununu keçirib. Matc.az saytı xəbər verir ki, 28 yaşlı futbolçu "Zirə" ilə görüşə (3:0) start heyətində çıxmaqla buna nail olub.

2012-ci ildən Ağdam klubunda olan Hüseynov 7 mövsümdə keçirdiyi 150 qarşılaşmada 2 qol vurub.

Qeyd edək ki, 2012-ci ilədək "Sumqayıt"da çıxış edən müdafiəçi çempionatda ümumilikdə 176 oyun keçirib və 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest