Topaz Premyer Liqasının sona çatmaq üzrədi. Matc.az saytı xəbər verir ki, yarışın başa çatmasına 2 tur qalmış "Qarabağ" qızıl medallara daha yaxındı. Hansısa möcüzə olmasa, Ağdam təmsilçisi növbəti dəfə ölkə çempionluğunu qeyd edəcək.

Uzun müddət turnir cədvəlinə başçılıq edən "Neftçi" isə hesabat turunda "Sumqayıt"a 2:3 hesabı ilə uduzdu və "Qarabağ"la aradakı xal fərqi beşə çatdı.  Artıq bu fərqin aradan qaldırılacağı inandırıcı deyil. Hətta bununla "Neftçi" rəhbərliyi də barışıb. Mövsümün əvvəlindən çempionluğa oynayacaqlarını bildirən "Neftçi" başbilənləri həmin fikirləri dolayısı yolla təkzib etməyə başlayıb. Havaya sovrulan milyonların hesabatını vermək əvəzinə ortaya gülməli iddialar atılır ki, bu mövzuya yaxın günlərdə toxunacağıq.

Görünən odu ki, "Neftçi" rəhbərliyi, prezident Kamran Quliyev futbolçularından xəbərsizdi.

Xəbəri olsaydı, "Sumqayıt"a uduzandan sonra paytaxt təmsilçisinin hücumçusu Baqali Dabo kefə qaçmazdı. Həmin Dabo ki, "bar yoldaşı" kimi tanınan "Qəbələ"nin legioneri Stoven Monrozun "ağ-qaralar"a transferində vasitəçidi.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest