"Krılya Sovetov" Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevə yeni müqavilə təklif edəcək. Matc.az xəbər verir ki, bu barədə sovsport.ru saytı məlumat yayıb.

Bildirilir ki, rəhbərlik 3 futbolçuya yeni müqavilə təklif etmək qərarına gəlib. Bunlardan biri Şeydayevdisə, digərləri Maksim Kanunnikov və əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovdu.

Samara klubunun nümayəndəsi Aleksandr Şikunov da yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, bu məsələlərə mövsümün sonunda baxacaqlarını söyləyib: "çünki hazırda bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Məqsədimiz elitada qalmaqdı. Mayın sonundan etibarən isə futbolçularla yeni müqavilə məsələsinin müzakirəsinə başlayacağıq".

Qeyd edək ki, həm Ramil Şeydayevin, həm də Aleksandr Səmədovun hazırkı müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest