Mövsüm başa çatmamış "Səbail"də ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, paytaxt təmsilçisi müdafiəçi Tamazi Tsetsxaladze ilə yollarını ayırıb. 23 yaşlı gürcüstanlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Klub futbolçunun transfer vərəqəsini özünə verib.

Qeyd edək ki, Tamazi Tsetsxaladze "Səbail"ə 2017-ci ilin yayında "Qardabani" klubundan keçmişdi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest