Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. İclasda Azərbaycan kubokunun yarımfinal və Topaz Premyer Liqasının XXVI tur oyunları barədə qərarlar verilib. "Sabah" - "Keşlə" oyunu bitdikdən sonra qonaqların futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, iclasda Azərbaycan kubokunun yarımfinal və Topaz Premyer Liqasının XXVI tur oyunları barədə qərarlar verilib.

ölkə kubokunun "Qəbələ" – "Qarabağ" görüşündə 4 futbolçusu sarı vərəqə alan "Qəbələ" 800 manat cərimələnib. "Sumqayıt" – "Zirə" matçı başa çatdıqdan sonra isə klubunun mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, klubu cəza gözləyir.

çempionat çərçivəsində baş tutan "Sabah" – "Keşlə" görüşündə 5 futbolçusu sarı vərəqə alan "Keşlə" 800 manat cərimələnib. Oyun bitdikdən sonra qonaqların futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan "Sabah" klubunun təqdim edəcəyi hesab əsasında "Keşlə" tərəfindən ödəniləcək.

"Zirə" isə "Qarabağ"la qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə olunub. Həmçinin "Qəbələ" ilə matçda "Səbail" eyni durumla üzləşib və eyni məbləğdə cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest