"Yuventus"un superulduzu Kriştianu Ronaldo avtomobil kolleksiyasını tamamlamağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı hücumçu yeni "Bugatti"sinə qovuşacaq.

Mart ayında Cenevrə avtosalonunda təqdim olunan "La Voiture Noire" markasının yeni modelinin qiyməti 11 milyon avro dəyərində göstərilir. Mühərriki 1500 at gücündə olan avtomobil saatda 420 km sürətə malikdi. "Bugatti"nin istehsal etdiyi həmin maşın dünyada yeganədi və bunun da sahibinin məhz Ronaldo olduğu bildirilir. Şirkət bunu hələ rəsmən açıqlamasa da, portuqaliyalı forvard yeni "oyuncağına" qovuşmaq üçün gözləməli olacaq. Belə ki, avtomobilin tam hazır olması 2021-ci ilə qədər çəkəcək. Bütün işlər tamamlandıqdan sonra maşın öz sahibinin ixtiyarına veriləcək.

Qeyd edək ki, "Yuventus"a ötən il "Real"dan keçən Kriştianu Ronaldonun illik məvacibi 30 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest