"Liverpul"un baş məşqçisi Yurgen Kloppla çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacaqları "Barselona" klubu arasında söz "davası" yaşanıb. Matc.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin fikirlərinə dərhal qarşı tərəf reaksiya verib.

Belə ki, Klopp "Nou Kamp"ın adi bir stadion olduğunu və futbol məbədi adlandırılmasını yanlış hesab etdiyini bildirmişdi. Kataloniya təmsilçisi isə tvitter hesabı vasitəsilə onun açıqlamasına münasibət bildirib: "Bura "Nou Kamp"dı - bizim evimiz, məbədimiz, qalamız".

Qeyd edək ki, "Barselona" ilə "Liverpul" arasında ilk oyun sabah məhz "Nou Kamp"da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest