“Sumqayıt” çox aqressiv futbol oynayırdı. Amma biz buna hazırlıqlı idik”

“Çox vacib qələbə qazandıq. Uzun yol qət etmişdik. Buna görə matça tam istədiyimiz kimi hazırlaşa bilməmişdik”. Bunu Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt”la səfər oyununda qələbə qazanan (2:1) “Fehervar”ın baş məşqçisi Tamaş Peto deyib.

Macarıstan klubunun rəsmi saytına açıqlama verən Peto oyunu dəyərləndirib. O, ilk 20 dəqiqədə komandasının konsentrasiyasının lazımi səviyyədə olmadığını etiraf edib: “Sumqayıt” çox aqressiv futbol oynayırdı. Amma biz buna hazırlıqlı idik. Rəqib ilk 25 dəqiqədə bizə çox təzyiq etdi. Ancaq sonra oyuna nəzarəti əlimizə keçirdik. Bundan sonra matçın şəkli dəyişdi”.

Xeyli sayda qol imkanlarının olduğunu deyən Peto hələ cütün taleyinin həll olunmadığını vurğulayıb: “Daha çox qol vura bilərdik. Amma səfərdə 2:1 hesablı qələbə də yaxşı nəticədi. Biz qələbəyə layiq idik. Bu cür ağır mübarizədən qalib ayrıldıqları üçün futbolçularımla fəxr edirəm. Amma hələ cütün taleyi həll olunmayıb. Evdəki dueldən də qalib ayrılmalıyıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest