Yeni mövsüm hazırlıqlarını davam etdirən “Kəpəz” sonuncu yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, “sarı-göylər” Gəncədə “Pelikan” ilə qarşılaşıblar.

Oyun Adil Şükürovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda Lkoça və Əli Səmədov Kərimov fərqlənib. Fasilədən sonra isə Lassana Ndiaye və Redon Mihana hesabdakı fərqi artırıb.

Xatırladaq ki, “Kəpəz” bundan əvvəl “Turan Tovuz”a (0:4), “Şamaxı”ya (1:2) uduzub. Gəncə təmsilçisi Küveytin “Əl Yarmuk” komandasına isə 2:1 hesabıyla qalib gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest