Bolqarıstan çempionatında 2024/25 mövsümünün 2-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” bu turda evdə "Krumovqrad"la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal da bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib. Futbolçu 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest