"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa üçün mövsüm erkən bitib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentialı futbolçu diskvalifikasiyaya məruz qalıb.

30 yaşlı futbolçu La Liqanın XXXV turunda "Jirona" ilə qarşılaşmada kobud hərəkətlə yadda qalıb. Belə ki, matçın sonlarında futbolçu yerə yıxıldıqdan sonra rəqibin sinəsinə iki ayaqla zərbə vurub. Qırmızı vərəqə alan Baneqaya Nizam-İntizam Komitəsi 4 oyunluq cəza kəsib. Beləliklə, Baneqa cari mövsümün son 3, növbəti mövsümün isə start turunu buraxacaq.

Qeyd edək ki, "Sevilya" hazırda 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest