"Beşiktaş"ın futbolçuları Türkiyə Superliqasının XXXI turunda "Qalatasaray"ı səfərdə məğlub edəcəkləri təqdirdə, böyük məbləğdə mükafat əldə edəcəklər. Matc.az xəbər verir ki, klub rəhbərliyi İstanbul derbisində qalibiyyətə görə hər oyunçuya 100 min lirə ödəyəcək.

Bundan başqa, XXVIII turda evdə "Başakşəhər"i üstələdikləri üçün nəzərdə tutulan 60 min lirə mükafat da "Qalatasaray"la oyun ərəfəsində oyunuların hesablarına köçürüləcək. 34 turdan ibarət Superliqada 62 xala malik "Başakşəhər" liderdi. İkinci yerdə qərarlaşan "Qalatasaray"ın 60, üçüncü olan "Beşiktaş"ın isə 59 xalı var.

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" matçı mayın 5-də keçiriləcək və saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest