"Portu"nun daha bir futbolçusu karyerasını İspaniyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Felipe Madridə köçməyə hazırlaşır.

"Real"la anlaşan Eder Militaodan sonra Felipe də "Atletiko" ilə ilkin müqavilə imzalayıb. Madrid təmsilçisi Braziliya millisinin üzvünə "İnter"ə keçməsi gözlənilən Dieqo Qodinin əvəzləyicisi gözü ilə baxır. Bu keçidin "Atletiko"ya 17-20 milyon avroya başa gələcəyi söylənilir.

Qeyd edək ki, Felipe bu mövsüm "Portu"nun heyətində 49 oyun keçirib, 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest