"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXVI turunun rəmzi komandası müəyyənləşib. "Qarabağ"ın 6, "Keşlə"nin 4, "Sumqayıt"ın isə 1 futbolçusu simvolik komandaya düşüb.

"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXVI turunun rəmzi komandası müəyyənləşib. Matc.az saytının məlumatına görə, heyət cəmi 3 klubun oyunçularından təşkil olunub.

Belə ki, "Qarabağ"ın 6, "Keşlə"nin 4, "Sumqayıt"ın isə 1 futbolçusu simvolik komandaya düşüb.

Maraq üçün qeyd edək ki, ötən turda "Qarabağ"ın 9 oyunçusu rəmzi "11-lik"də yer almışdı.

 

Qapıçı: Davud Kərimi ("Keşlə")

Müdafiəçilər: Donald Gerye ("Qarabağ")-7, Edvinas Girdvainis ("Keşlə")-2, Bədavi Hüseynov ("Qarabağ")-7, Sərtan Taşqın ("Keşlə")-2

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ")-10, Əmir Ağayev ("Sumqayıt"), Markos Madera ("Qarabağ")-7, Dani Kintana ("Qarabağ")-9

Hücumçular: Mahir Mədətov ("Qarabağ")-9, Conatan Ayite ("Keşlə")-2

 

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest