Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" ilə qarşılaşan "Qarabağ" finala vəsiqə qazana bilməyib. İlk görüşdə 0:1 hesabı ilə yenilən Ağdam təmsilçisi cavab qarşılaşmasında qələbə qazansa da (2:1), bu kifayət etməyib.

Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" ilə qarşılaşan "Qarabağ" finala vəsiqə qazana bilməyib. Matc.az saytının məlumatına görə, ilk görüşdə 0:1 hesabı ilə yenilən Ağdam təmsilçisi cavab qarşılaşmasında qələbə qazansa da (2:1), bu kifayət etməyib.

Bununla Qurban Qurbanovun yetirmələri ardıcıl ikinci mövsümdə final üzü görə bilməyib. "Qarabağ"ın 10-cu dəfə finala yüksəlməsinə "Qəbələ"nin səfər qolu mane olub. Komanda 6-cı dəfə yarımfinal səddində "ilişib". "Köhlən atlar" həmçinin 1993-94, 1996-97, 2003-04, 2011-12 və 2012-13 mövsümündə də finalın bir addımlığında dayanıb.

"Qarabağ" tarixi ərzində keçirdiyi 9 final görüşünün isə 6-da qalib gəlib (1993, 2005-06, 2008-09, 2014-15, 2015-16, 2016-17), 3-də məğlub olub (1995-96, 1997-98, 1999-2000).

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest