"Rəqib birinci hissədə baxımlı qola imza atdı. Biz isə fasilə ərəfəsində iki yüz faizlik qol şansını əldən verdik. İkinci hissədə də gərgin mübarizə oldu, rəqib daha bir qol vurdu".

"Qarabağ"a qarşı bu meydanda oynamaq çox çətindi. Amma bu gün kifayət qədər qol vəziyyətimiz oldu". Matc.az saytının məlumatına görə, bunu "Qəbələ"nin müdafiəçisi Vojislav Stankoviç Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qarabağ"la keçirilən cavab görüşündən sonra deyib.

öz meydanında 1:0 hesablı qələbənin fonunda səfərdə minimal fərqlə (1:2) məğlub olan "qırmızı-qaralar" səfər qolu sayəsində finala adlayıb. Oyundan sonra brifinq keçirən Stankoviç sevincli olduğunu söyləyib: "Rəqib birinci hissədə baxımlı qola imza atdı. Biz isə fasilə ərəfəsində iki yüz faizlik qol şansını əldən verdik. İkinci hissədə də gərgin mübarizə oldu, rəqib daha bir qol vurdu. Buna baxmayaraq, sona yaxın ələ düşən fürsətdən yararlandıq və finala vəsiqə qazandıq".

Serbiyalı müdafiəçi hesabda geri düşdükdən sonra da mərhələ adlayacaqlarına inamının olduğunu vurğulayıb: "Futbolda hər şey mümkündü. Rəqib hətta 2:0 hesabı ilə öndə olarkən də bilirdik ki, 1 qol bizi finala daşıyacaq. Əsl xarakter nümayiş etdirdik və lazım olan topu vurmağı bacardıq".

32 yaşlı futbolçu rəqibin yarımmüdafiəçisi Miçelin qarşılaşmadan sonra qırmızı vərəqə almasına da münasibət bildirib: "Onlar qol vurduqları zaman necə sevinirdilərsə, mən də hakimin final fitindən sonra sevincimi göstərdim. Ancaq Miçel yaxınlaşaraq əllə qəsdən vurdu. Halbuki ona heç nə deməmişdim. Sadəcə, sevincimi azarkeşlərimizlə bölüşməyə çalışırdım".

Stankoviç ardıcıl 3-cü dəfə finala çıxdıqlarını və əvvəlki iki görüşdə uduzduqlarını da xatırladıb. Ancaq o, bu dəfə tilsimi qıracaqlarını düşünür: "Final oyununa maksimum dərəcədə hazırlaşmaq lazımdı. "Qəbələ"nin heyətində iki dəfə Azərbaycan kubokunun finalında oynamışam və hər ikisində məğlub olmuşam. Hesab edirəm ki, üçüncü cəhddə nəhayət ki, kuboku qazanacam. Finalda kimin rəqib olmasının isə bir önəmi yoxdu. çünki finalda zəif komanda olmur. İstənilən final görüşü çətin alınır və həlledici oyunda hər şey ola bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest