"Sabah" Topaz Premyer Liqasındakı qol həsrətinə son qoyub. Matç.az saytı xəbər verir ki, son üç oyunda rəqib qapısına yol tapa bilməyən paytaxt təmsilçisi VIII turun hazırda davam edən "Sumqayıt"la görüşündə fərqlənib.

Matçın 36-cı dəqiqəsində Miloş Bosançiç qol sevinci yaşayıb.

Elşad Əhmədovun yetirmələri sonuncu dəfə 35 gün əvvəl keçirilən IV turun "Qəbələ" ilə matçında qol vurmuşdu. Sentyabrın 16-da keçirilən görüşdə Marko Deviçin 23-cü dəqiqədəki qolu 1:0 hesablı qələbə qazandırmışdı. "Sabah" həmin topdan sonra 373 dəqiqə gözləməli olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest