"Portu"nun qapıçısı İker Kasilyas ötən gün məşq zamanı infarkt keçirib. Matc.az xəbər verir ki, sinəsində kəskin ağrı hiss edən 37 yaşlı qolkiperin halı pisləşib.

Dərhal xəstəxanaya aparılan Kasilyasa kiçik cərrahi müdaxilə edilib. Onun hazırda həyati təhlükəsinin olmadığı bildirilib. Kasilyas özü isə sosial şəbəkə hesabında bunları yazıb: "Hər şey nəzarət altındadı. Böyük qorxu yaşadım, ancaq səhhətim yaxşıdı. Mesajlara və sevginiz üçün hər birinizə təşəkkür edirəm!"

Kasilyasın agenti Karlos Kurtopiya isə qapıçının indiyə kimi heç vaxt ürək probleminin olmadığını bildirib. O, belə vəziyyətin ilk dəfə yaşandığını vurğulayıb.

İspaniya yığmasının sabiq qapıçısının bu mövsümün sonuna kimi oynamayacağı bildirilir. Portuqaliya mətbuatı isə 37 yaşlı qolkiperin karyerasının başa vurmalı olduğunu yazıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest