"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl dilinin bəlasına düşüb. Matc.az saytının məlumatına görə, Türkiyə milli komandasının keçmiş qapıçısı cəzalandırılıb.

Buna səbəb Dəmirəlin Superliqanın son turunda "Trabzonspor"la görüşdə rəqib futbolçusunu təhqir etməsidir. Bundan başqa, təcrübəli qapıçıya 1:1 hesablı oyundan sonra idmançıya yaraşmayan açıqlama verdiyindən 3 oyunluq cəza verilib.

Volkan qarşıdan gələn "Kasımpaşa", "Akhisar" və "Ərzururmspor"la görüşlərdə komandasına kömək edə bilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest