Son vaxtlar PSJ klubunda intizamsızlıqlar bir-birini əvəz edir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, növbəti xoşagəlməz hərəkətə gənclər komandasının məşqçisi Tiaqo Motta əl atıb.

Belə ki, italiyalı sabiq yarımmüdafiəçi klubun idman direktoru Entero Enrike ilə mübahisə edib. Tərəflərin sözü çəp gəlib və gərginlik yaşanıb. Bu səbəbdən Motta istefa verməyə hazırlaşır. Həmçinin rəhbərlik də onun müqaviləsinə xitam verib-verməməyi müzakirəyə çıxaracaq.

Qeyd edək ki, PSJ-nin gənclər komandası bu mövsüm keçirdiyi 10 oyunda 9 qələbə, 1 heç-heçə ilə turnir cədvəlinə başçlıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest