PSJ-nin hücumçusu Kilian Mbappe cəzalandırılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa Futbol Federasiyasının Nizam-İntizam Komitəsi gənc forvardı 3 oyunluq diskvalifikasiya edib.

Buna səbəb Mbappenin Fransa kubokunun "Renn"lə final qarşılaşmasında rəqib futbolçunun ayağına qəsdən zərbə vurması olub. Cəza daxili yarışların hamısına şamil edildiyindən, Mbappe çempionat oyunlarını da buraxmalı olacaq.

Eyni zamanda həmin görüşdən sonra azarkeşə yumruq vuran Neymara intizam işi açılıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest