16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma təlim-məşq toplanışına yığışacaq. Matc.az saytı xəbər verir ki, hazırlıq sabah Bakıda start götürəcək.

Yığmamız mayın 9-dək paytaxtda toplanış keçəcək. Hazırlıqda 28 futbolçu iştirak edəcək.

U-16-nın heyəti: Turqut Mustafayev, Şahmar Aşurov, Ayxan Qələndərli, Cavid Adnayev (hamısı "Sabah"), ümid Tağızadə, Fariz Xeyrullayev, Ayxan Süleymanlı, Oruc Məmmədov (hamısı "Neftçi"), İbrahim Ramazanov, Nuğay Rəşidov, Emil Süleymanov, Farid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov (hamısı "Qəbələ"), Nəriman Axundzadə, Ərtoğrul Quliyev, Vasif Fərəcov, Amin Qarayev (hamısı "Qarabağ"), Nicat Quliyev, Mirzalı Mirzalıyev (hər ikisi "Səbail"), Mahmud Ağayev ("Zirə"), Kamran Məlikov ("Keşlə"), Seymur Muradov ("Xilə"), Ruhid Mustafayev, Rəhman Məmmədov (hər ikisi "Sumqayıt"), Emil Əzizli ("Valensiya", San Xose, İspaniya), Orxan Əliyev ("L’Hospitalet", Barselona, İspaniya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest