Ötən turda yaxşı oynasaq da, uduzduq. Bu gün isə "Zirə" yaxşı çıxış etdi, biz qalib gəldik. Bəzi futbolçular ixtiyarımızda deyildi. Sərtan Taşkın, Edvinas və Ebrima Sohna oynamırdılar.

"Komandamı təbrik edirəm. çox vacib qələbə qazandıq. çempionatda yaranmış fasilədən sonra ilk vacib qələbəmizi qazandıq". Matç.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç deyib.

Topaz Premyer Liqasının VIII turunda "Zirə"ni qəbul edən bakılılar 1:0 hesabı ilə qələbə qazanıb. Oyunsonrası mətbuat konfransında serbiyalı mütəxəssisin qələbə şərhi belə olub: "Bizim üçün çox çətin idi. çünki 3 xal mütləq lazım idi. Bu qələbə növbəti oyunlara cığıq açdı. Oyunun bir çox hissələrində səhvlərimiz oldu. Bəzi məqamlarda bəxtimiz gətirdi. Kamran Ağayevin qurtarışlarını qeyd etmək istərdim. Təzyiq altında oynamaq çox çətindi. Bu üzdən səhvlər də buraxdıq. Kamranın bizə çox xeyri oldu. İkinci hissədə Slavikin zərbəsi qeyri-dəqiq alındı. Conatanın zərbəsindən sonra bəxtimiz gətirmədi. Həmçinin rəqib də çox qol vurub, yaxşı üstünlük əldə edə bilərdi. Bu, futboldu. ötən turda yaxşı oynasaq da, uduzduq. Bu gün isə "Zirə" yaxşı çıxış etdi, biz qalib gəldik. Bəzi futbolçular ixtiyarımızda deyildi. Sərtan Taşkın, Edvinas və Ebrima Sohna oynamırdılar. Ayite cəmi 2 həftədi bizə qoşulub, tam hazır deyil. Bu səbəbdən 15-30 dəqiqə oynatmaq istədim. Georgiasın da hərarəti var idi, meydana belə çıxmışdı. Bizə 3 xal lazım olduğundan, komanda ilə birgə oldu".
 

- Qələbənin dadı necədi?
- Təbii ki, xoşbəxtik. 8 turda ilk qalibiyyətimiz idi. Bundan əvvəl yoldaşlıq görüşündə qalib gəlmişdik. Onu da qeyd edim ki, meydança yaxşı deyil. Belə meydançada daha yaxşı oyun göstərə bilmirik. "Neftçi" və "Qəbələ"nin meydanlarında daha yaxşı oyun nümayiş etdiririk. Meydança yaxşı olsa, daha baxımlı oynayarıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest