Hərə bir cür udmaq istəyir. Kiminsə bəxti texniki məğlubiyyətlərdə gətirir.

"Futbolda yaxşı oyunun nəticəsi qələbə olmalıdı ki, daha rahat olasan". Matç.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov deyib. Topaz Premyer Liqasının VIII turunda "Keşlə"nin qonağı olan qəsəbə komandası 0:1 hesabı ilə məğlub olaraq, turnir cədvəlində sonuncu pilləyə yuvarlanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: "Təəssüf ki, birinci hissədə standart vəziyyətdən qol buraxdıq. Amma kifayət qədər qol vəziyyəti yaratdıq. Əl-qolumuz aşağı salmayacağıq. Oyun ürəkaçan idi. üzərinə qoya-qoya davam edəcəyik. Nələrəsə nail olmaq istəyirik. Bu gün itkilərlə meydana çıxmışdıq. Buna baxmayaraq, yeni oyunçulardan da razı qaldım. Bir qol çox şeyi dəyişə bilədi. Rəqibin də ilk hissədə bir neçə qol vəziyyəti oldu. Bəlkə də, Budaq Nəsirovun yeni mövqedə oynaması buna səbəb olurdu. Yolumuz uzundu. Mayda biz nələrin gözlədiyini deyə bilmərəm. Amma qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq".

- İlk dövrəni qələbə ilə başa vurmuşduz. Fasilə sizə yaramadı, yoxsa rəqib uyğun deyildi?
- Rəqibi özümüz seçə bilmərik. Rəqiblə eyni gücdə idik. Deməzdim ki, fasilə bizə yaramadı. Zədəlilərimiz çoxdu. Olimpiya yığmasındakı oyunçularımız komandaya gec qatıldılar. Amma meydana çıxan futbolçular işlərinin öhdəsindən gələ bildirlə

- İki epizodda rəqibin yerdə qalmasına sərt şəkildə reaksiya göstərdiz.
- Hərə bir cür udmaq istəyir. Kiminsə bəxti texniki məğlubiyyətlərdə gətirir. "Keşlə" də qələbə qazanmaq istəyirdi. Onların bu qələbəsini kiçiltmək olmaz. Onları təbrik edirəm.

- Hiss olunurdu ki, vuran ayaq yox idi. Yanvarda hücumçu alınacaqmı?
- Bunu planlaşdırırıq. İndi heç nəyi dəyişə bilmərik. Bura Azərbaycandı, top səviyyəli oyunçu gətirmək olmur. Hər futbolçu bura gəlmir. Gəlib hər matçda 2 qol vuracaq oyunçu yoxdu. Əsas odu ki, bu gün çoxlu qol vəziyyətləri yaratdıq. Əvvəlki matçlarda heç bunu edə bilmirdik?

- Qələbə üçün nə çatmadı?
- 4-5 top çatmadı ki, 4:1, 5:1 hesabı ilə qalib gələk.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest