"Lion"un hücumçusu Mussa Dembele karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" gənc forvardın xidmətində maraqlıdı.

"Qırmızı şeytanlar" fransalı oyunçunu heyətinə cəlb etmək üçün hərəkətə gəlib. Premyer Liqa təmsilçisi 22 yaşlı hücumçu üçün "Lion"la danışıqlara başlayıb. Fransızlar 45 milyon funt-sterlinqlik təklifi nəzərdən keçirəcək. Dembele "Lion"a ötən ilin yayında "Seltik"dən 20 milyon funt-sterlinqə keçib.

Qeyd edək ki, Mussa Dembele bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 21 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest