Topaz Premyer Liqasının VIII turunun "Keşlə" – "Zirə" oyununda (1:0) vurulan qolun müəllifi dəqiqləşib. Matç.az saytı xəbər verir ki, görüşün taleyini həll edən top Adil Nağıyevin passivinə yazılıb.

"Zirə"nin futbolçusunun 2-ci dəqiqədəki toxunuşu avtoqola səbəb olub. Hərçənd qola Denis Silvanın imza atdığı barədə təəssürat yaranmışdı.

Maraqlıdı ki, Adil ardıcıl ikinci səfər oyununda VI turun sentyabrın 30-da keçirilən görüşündə "Sumqayıt"ın 1:0 hesablı qələbəsinə "töhfə" vermişdi. Həmin matçda da hesabı tez açan müdafiəçi 16-cı dəqiqədə uğursuzluq yaşamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest