Serbiya çempionatının qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, XXXV turda "Mladost" üzərində 1:0 hesablı qələbə qazanan "Srvena Zvezda" qızıl medalları qazanıb.

Sona 2 tur qalmış aktivində 54 xal olan Belqrad təmsilçisi ən yaxın izləyicisini 8 xal qabaqlayır. Bu, "Srvena Zvezda" tarixində 29-cu çempionluq olub. Komanda bunun 19-nu Yuqoslaviya, 5-ni isə Serbiya və çernoqoriya dönəmində əldə edib.

Belqrad klubu eyni zamanda Serbiyanın ən titullu klubu olaraq qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest