"Səbail" klubunda qapıçı Aleksandr Rıbkanın taleyinə aydınlıq gəlib. 32 yaşlı qolkiper paytaxt klubu ilə yeni sözləşməyə qol çəkib. Bu ilin əvvəlində azad agent kimi "Səbail"ə keçən Ukrayna millisinin sabiq üzvünün çıxışı məşqçilər korpusunun ürəyincə olub.

"Səbail" klubunda qapıçı Aleksandr Rıbkanın taleyinə aydınlıq gəlib. Matc.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, 32 yaşlı qolkiper paytaxt klubu ilə yeni sözləşməyə qol çəkib.

Bu ilin əvvəlində azad agent kimi "Səbail"ə keçən Ukrayna millisinin sabiq üzvünün çıxışı məşqçilər korpusunun ürəyincə olub. Bu üzdən onunla yeni 2 illik sözləşmə imzalanıb. Rıbka artıq 2021-ci ilin yayına qədər bakılılara məxsusdu.

Qeyd edək ki, bu mövsüm 11 oyunda meydana çıxan və 13 qol buraxan Aleksandr Rıbka zədə ucbatından mövsümü başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest