Ukrayna Premyer Liqasında XII tura yekun vurulub. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya" turun son görüşündə meydana çıxıb.

Vladimir Şaranın yetirmələri autsayderlər zonasında qərarlaşan "Karpatı"nı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə nəticələnib. "Aleksandriya"nın ilk hissədə vurduğu 2 qoldan qonaqlar fasilədən sonra yalnız 1-nin əvəzini çıxa biliblər – 2:1. Start heyətində meydana daxil olan Paşayev 90 dəqiqəni əvəz edilmədən keçirib.

Qeyd edək ki, "Aleksandriya" 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır və yalnız "Şaxtyor"la "Dinamo"dan geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest