"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak mövsümün sonunda komandasını dəyişəcək. Matc.az saytı xəbər verir ki, bu iddia ilə Polşa radiolarından birində çalışan Mateuş Ligeza adlı jurnalist çıxış edib.

Onun sözlərinə görə, ardıcıl iki ildi "Qarabağ"la Azərbaycan çempionu olan 33 yaşlı mərkəz müdafiəçisi Premyer Liqada son matçın ardından komandası ilə vidalaşacaq. Həmkarımız Polşa millisinin sabiq üzvünün hələ yeni klub barədə seçim etmədiyini vurğulayıb: "Kuba Polşa çempionatına qayıdacaq. Onun menecerlərinə həm Polşa, həm də ölkə xaricindən təkliflər gələcək. Futbolçu böyük ehtimalla vətənə qayıdacaq. O, təkliflərdə maliyyə məsələsinə önəm verməyəcək".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a 2017-ci ildə "Legiya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest