"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən keçmiş klubu "Persib Bandunq"un maraq dairəsinə düşüb. Bildirilir ki, mart ayında "Səbail"lə müqavilə imzalayan 37 yaşlı yarımmüdafiəçi cəmi 3 görüşdə 128 dəqiqə mübarizə aparıb.

"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən keçmiş klubu "Persib Bandunq"un maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, bu iddia ilə İndoneziya mətbuatı çıxış edib.

Bildirilir ki, mart ayında "Səbail"lə müqavilə imzalayan 37 yaşlı yarımmüdafiəçi cəmi 3 görüşdə 128 dəqiqə mübarizə aparıb. İndoneziyalılar əsas heyətə düşməkdə çətinlik çəkən oyunçunun transfer qiymətini də yazıblar. Bildirilir ki, veteran oyunçunun dəyəri 500 min avrodu.

Qeyd edək ki, Maykl Essyenin "Səbail"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest