Fransa millisinin sabiq futbolçusu Patris Evra növbəti dəfə qəribə hərəkətlə gündəmə gəlib. Matc.az saytının məlumatına görə, keçmiş müdafiəçu bu dəfə qadın libasında görünüb.

O, qadın geyimi ilə evi təmizləyərkən rəqs edib, mahnı oxuyub və bunu kameranın yaddaşına köçürüb. Videonun sonunda Evra "mən bu oyunu sevirəm" deyib. "Mançester Yunayted"in keçmiş oyunçusu həmin videonu instaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, Patris Evra karyerasını ötən il "Vest Hem"də olarkən bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest