Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan "Qarabağ" – "Qəbələ" görüşündəki neqativ hallara hüquqi qiymət verilib.

"Qəbələ"nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Miçel aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırlıb, klub 3200 manat cərimə olunub.

Qarşılaşmanın 75-ci dəqiqəsində "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozub. Bu üzdən texniki zonadan kənarlaşdırılan Qurbanov final oyununu tribunadan izləməli olacaq. Bu, həmçinin "qırmızı-qaralar"ın 800 manatlıq cərimə olunmasına səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest