"Sportinq" Portuqaliya Primeira Liqasının XXXII turunda "Belenenseş"i 8:1 hesabı ilə məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada 3 qola imza atan Lissabon təmsilçisinin yarımmüdafiəçisi Bruno Fernandes yeni rekorda imza atıb.

Cari mövsümdə qollarının sayını 31-ə çatdıran Fernandes Avropada bir mövsümdə ən çox qol vuran yarımmüdafiəçi ünvanını qazanıb. Bundan əvvəlki rekord "Fənərbaxça"nın sabiq futbolçusu Aleks de Souzaya aid idi. Braziliyalı futbolçu 2010-11 mövsümündə 28 qola imza atmışdı.

Qeyd edək ki, Bruno Fernandes "Sportinq"in heyətində bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunlarda iştirak edib. Yarımmüdafiəçi "Sportinq"in "Qarabağ"ı Bakıda 6:1 hesabı ilə məğlub etdiyi matçda 2 qol vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest