İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi müəyyənləşib. Matc.az çempionatın rəsmi saytına istinadən xəbərt verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ən yaxşı seçilib.

İspaniyalı son 3 ayda 2-ci, ümumilikdə isə 7-ci dəfə bu ada layiq görülüb. "Şəhərlilər" onun rəhbərliyi altında apreldə keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb və cəmi 1 qol buraxıb.

Qvardiola bu nominasiyada Yurgen Klopp ("Liverpul"), Skott Parker ("Fulhem") və Nunu Eşpiritu Santunu ("Vulverhempton") qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest