"Atletiko"nun müdafiəçisi Dieqo Qodinin mövsümün sonunda Madrid klubunu tərk edəcəyi rəsmiləşib. Matc.az sayının xarici mətbuata istinadən məlumatına görə, bunu uruqvaylı futbolçu özü deyib.

Milli üzvü keçirdiyi mətbuat konfransında ayrılıq qərarını açıqlayıb və göz yaşlarını saxlaya bilməyib: "Atletiko"dan ayrılıram. Bu, mənim burdakı son günlərimdi. "Atletiko" mənim ailəm və evimdi. Bir il əvvəl "Mançteser Yunayted"in təklifini rədd etdim. Ancaq indi getmək vaxtıdı. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2010-ci ildən "Atletiko"nun formasını geyinən Dieqo Qodinin "İnter"ə keçəcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest