İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az-ın çempionatın rəsmi saytına istinadən məlumatına görə, "Lester"in hücumçusu Ceymi Vardi ən yaxşı seçilib.

32 yaşlı forvard ötən ay ərzində keçirdiyi 4 oyunda 5 qola imza atıb. Xüsusən də, "Arsenal"la qarşılaşmada (3:0) dubl edib. Vardi bu yer uğrunda mübarizədə Eden Azar ("çelsi"), Emerik Laport ("Mançester Siti"), Cordan Henderson, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Şeyn Lonq ("Sauthempton"), Kris Vud ("Bernli") və Ayose Peresi ("Nyukasl") qabaqlayıb.

Vardi bu mövsüm 33 oyunda 18 qol, 4 məhsuldar ötürməyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest