"Neftçi" böyük klubdu!" Matc.az xəbər verir ki, bu sözlər "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanova məxsusdu.

O, feysbukdakı profilində çempionatı ikinci yerdə başa vuran paytaxt təmsilçisinin rəhbərliyini "qorxaqlar yığını" adlandırıb.  "Tarixi klub heç erməni bayraqları dalğalanan, azğınlaşmış azarkeşlərlə dolu stadiondan qaçmayıb, düşmənlərlə bir olan rəqibi diz çökdürüb. Ermənilər "Neftçi" qarşısına çıxmaqdan qorxub qaçıb... "Neftçi" kimi böyük klubu özləri kimi kiçiltmək istəyirlər. "Neftçi" böyüklüyü heç vaxt kiçilməz! Heç olmasa, cürətiniz çatsın istefanızı verin, əlli-ayaqlı özünüz qaçın, yox olun! "Neftçi" sizin üçün oyuncaq deyil, ora-bura qaçırdasız. Qorxaqlar yığını...", - Süleymanov yazıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest