Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Hər iki qarşılaşma Bakı İdman Sarayında baş tutacaq. Əvvəlcə meydana əsas mərhələni ikinci və üçüncü pillədə başa vurmuş "Neftçi" İK və "Xəzər Cənub" çıxacaq.

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ilk oyunları keçirilib. Matc.az saytı xəbər verir ki, hər iki qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Əvvəlcə meydana əsas mərhələni ikinci və üçüncü pillədə başa vurmuş "Neftçi" İK və "Xəzər Cənub" çıxıb. Görüş birincilərin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda son çempion "Araz"la EKOL üz-üzə gəlib. Bu dəfə də ilk oyundakı hesab qeydə alınıb. EKOL qələbəyə sevinib.

 

Yüksək Liqa

Pley-off mərhələsi, ilk oyunlar

8 may

"Araz" – EKOL - 3:4

Qollar: Oktay Rüstəmli, 04:21, Nihad İsmayılov, 34:09, 35:09 - Fərid Ələkbərov, 12:10, Namiq Məmmədkərimov, 23:02, 30:33, Faiq Əliyev, 27:58, Ramiz çovdarov, 34:38, 35:06

Hakimlər: Hikmət Qafarlı, Ramiz Məhərrəmov, Fuad Həsənov

"Neftçi" İK – "Xəzər Cənub" - 4:3

Qollar: Oruc Baxşəlizadə, 03:19; Vitali Borisov, 05:52, 37:03; Vahid Şəfaye, 36:51- Amir Şocayi, 10:33; İsaq Surqalı, 14:04, 20:12

Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Elvin Ağayev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest