“Barselona” aparıcı futbolçusu Lamin Yamalla müqaviləni uzadacaq. Matc.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdi.

Kataloniyalılar oyunçu ilə artıq şifahi razılığa gəlib. Gələn yay Yamal yetkin yaşına çatdığı zaman ​​müqaviləsi 2030-cu ilin yayına kimi uzadılacaq.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 11 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest