"Şerif"lə çempion olan Bordin Azərbaycan klubuna da eyni məqsəd üçün aparılmışdı. Komanda uzun müddət çempionata liderlik etsə də, çempion ola bilmədi. "Qarabağ" ötən tur "Səbail" üzərində qələbə ilə çempionluğunu elan etdi".

"Neftçi"nin Topaz Premyer Liqasında ikinci yeri tutması İtaliya mətbuatının gündəminə gəlib. Matc.az saytı xəbər verir ki, həmkarlarımız "ağ-qaralar"ın italiyalı çalışdırıcı Roberto Bordinin rəhbərliyi altında çempionluğu əldən verməsini uğursuzluq kimi qələmə verib.

KİV "Neftçi"nin uzun müddət çempionata liderlik etməsinə baxmayaraq, sona yaxın bunu əldən verməsini xüsusi vurğulayıb: "Şerif"lə çempion olan Bordin Azərbaycan klubuna da eyni məqsəd üçün aparılmışdı. Komanda uzun müddət çempionata liderlik etsə də, çempion ola bilmədi. "Qarabağ" ötən tur "Səbail" üzərində qələbə ilə çempionluğunu elan etdi. "Neftçi" isə səfərdə "Qəbələ"yə qalib gəlməsinə baxmayaraq, ikinci yerlə kifayətləndi. Beləliklə, Bordinin "Neftçi"də ilk mövsümü uğursuz oldu. Komanda Avropa Liqasında iştirakla kifayətlənəcək".

Qeyd edək ki, son tur öncəsi "Qarabağ" çempionluğunu, "Neftçi" isə 2-ci pillədəki yerini rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest