"Arsenal"ın mövsümün sonunda yollarını ayıracağı daha bir futbolçunun adına aydınlıq gəlib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Danni Uelbek "topçular"la vidalaşacaq.

Baş məşqçi Unay Emeri forvardın mövsümün sonuna qədər olan müqavilə müddətinin yenilənməsinə qarşı çıxıb. Bu isə o deməkdi ki, Uelbek gələn aydan azad agent statusuna malik olacaq. Onun xidmətində ən çox maraqlı olan klub isə "Fənərbaxça" göstərilir.

Qeyd edək ki, "Arsenal"ın yarımmüdafiəçisi Aron Remsi "Yuventus"la anlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest