"Mənim üçün danışmaq hələ də çətindi. Möhtəşəm emosiyalarım var və futbola təşəkkür edirəm". Matc.az xəbər verir ki,  bunu İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino deyib.

O, çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la Hollandiyadakı cavab oyununa şərh verib: "Mənim futbolçularım qəhrəmanlardı. Mən bunu hələ ötən il deyirdim. Oyunun ikinci hissəsində onlar inanılmaz futbol göstərdilər. Futbola minnətdaram. çünki belə emosiya başqa yerdə yaşana bilməz. Bizə inanan hər kəsə təşəkkür edirəm. Hisslərimi sözlə ifadə etmək çətindi. Bu gün bizdə hər şey sadəcə möhtəşəm idi. Matçı izləmək xoş idi. Belə yüksək səviyyədə mübarizə aparmaq çətindi. Bu komandanın məşqçisi olmaq xoşdu. "Tottenhem"in bütün oyunçuları qəhrəmandı, amma Lukas Moura superqəhrəmandı".

Qeyd edək ki, İngiltərədəki ilk oyunda 0:1 hesabı ilə uduzan "Tottenhem" cavab matçının birinci hissəsində daha iki qol buraxsa da, fasiləsən sonra üç dəfə fərqlənərək, 3:2 hesablı qələbə ilə finala yüksəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest