"Real" "adidas" şirkəti ilə yeni müqavilə imzaladığını bəyan edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.

Bu, madridlilərin adıçəkilən şirkətlə 3-cü sözləşməsidi. Belə ki, Almaniya şirkəti 1998-ci ildən bəri "Real"a sponsorluq edir və anlaşma 10 ildən bir yenilənir. Bu müddət ərzində "kral klubu" 29 titul qazanıb ki, bunun 6-sı çempionlar Liqası kuboku olub.

Müqavilənin maliyyə şərtləri açıqlanmasa da, İspaniya nəhənginin bundan təxminən 1,5 milyard avro gəlir götürəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest