"Roma"nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda komandanı tərk edəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu təcrübəli mütəxəssis özü deyib.

67 yaşlı çalışdırıcı keçirilən mətbuat konfransında gələn mövsüm "canavarlar"ın "sükanı arxası"nda olmayacağını açıqlayıb. Martda Eusebio Di Françeskonun yerinə gətirilən Ranyeri "Roma"dakı işinin mövsümün sonunda başa çatacağını bəyan edib.

Qeyd edək ki, "Roma" rəhbərliyi bu posta Joze Mourinyonu gətirmək istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest