"Qarabağ"ın direktoru Əmrah çəlikəlin matc.az saytına müsahibəsi

- Ardıcıl 6-cı dəfə Premyer Liqanın qalibi oldunuz. çempionluq sanki sizin üçün adiləşib...

- Əlbəttə ki, xeyr. Hətta deyərdim ki, bu mövsüm daha da çətin və məsuliyyətli oldu. ötənilki uğurlarımızı bu il də gerçəkləşdirmək üçün çalışacağıq.

- Mövsümün gedişində "Neftçi" uzun müddət çempionata liderlik etdi. Bu amil sizdə narahatlıq yaratmırdı?

- Təbii ki, narahatlıq var idi. Təkcə mən yox, hamı narahat idi. Olduqca gərgin mövsüm alındı. Şükürlər olsun ki, sonluq bizim istədiyimiz kimi oldu.

- Neytral futbol azarkeşləri "Qızıl oyun" arzulayırdılar. Son tur öncəsi məsələni həll etmək yəqin sizi rahatladıb...

- Əlbəttə. Sevindirdi desək, daha doğru olar. Həqiqətən də, çox ağır mövsümü geridə qoyuruq. çempionun son tur öncəsi bəlli olmasına sevindik.

- Son turda "Neftçi" ilə səfərdə üz-üzə gələcəksiniz. Deyilənlərə görə, rəqib çempionluq kubokunun "Bakcell Arena"da verilməsinə qarşıdı. Sizin buna münasibətiniz necədi?

- Açığı, "Neftçi"nin buna qarşı olduğuna inanmıram. "Neftçi" rəhbərliyi ilə çox yaxşı münasibətimiz var. Düşünürəm ki, iddia edildiyi kimi, qarşı çıxmaq söhbəti doğru deyil. Niyə belə söz-söhbətlərin yayıldığını bilmirəm.

- "Neftçi" rəhbərliyi ilə bu barədə danışığınız olubmu?

- Oyunun təşkilatçılığı ilə bağlı danışmışıq. Amma kubokun verilməsinin müzakirəsi olmayıb. Sağ olsunlar, bizi də çempionluq münasibətilə təbrik etdilər.

- "Neftçi" çempion olsaydı və son tur "Azərsun Arena"da keçirilsəydi, siz hansı addımı atardınız?

- Reallıqla barışacaqdıq və onlar kuboklarını alacaqdılar. Bu, haqdı, önünə də heç kim keçə bilməz.

- Etiraf edək ki, "Neftçi" - "Qarabağ" oyunu "Real" - "Barselona" və ya "Fənərbaxça" - "Qalatasaray" derbisi deyil. Onlarda belə, səfər komandası əzəli rəqibinin meydanında kubok qaldırıbsa, bizdə buna nə mane ola bilər?

- "Qarabağ" - "Neftçi" oyunları həmişə prinsipial olub. "Neftçi" bizim əbədi dostumuz və əzəli rəqibimizdi. Mənə elə gəlir ki, eyni fikir onlar üçün də keçərlidi. Bu komandaların oyununa həmişə böyük maraq olub. Düşünürəm ki, son matçda da bunun şahidi olacağıq.

- Mövzunu dəyişək. çempionlar Liqası və Avropa Liqasının finalçıları məlumdu. Həlledici oyunlara vəsiqə qazanan 4 komandadan 3-nü - "Tottenhem", "Arsenal" və "çelsi"ni "Qarabağ" Bakıya gətirib. Hansı hissləri keçirirsiniz?

- çox sevindirici haldı. Bu komandalarla qarşılaşmışıq, onlar bura gəliblər, Azərbaycanı bilirlər. Bu da Qarabağ gerçəklərinin və Azərbaycanın tanıdılmasında rolumuzu bir daha göstərir. Qürur hissi keçiririk.

- "Arsenal" - "çelsi" finalı öncəsi rəhbərlik səviyyəsində keçmiş rəqiblərinizlə hər hansı bir görüş planlaşdırırsınızmı?

- Xeyr, bunun baş verəcəyinə inanmıram. Komandalar çox məsuliyyətli yarış üçün ölkəmizə gələcəklər. Məncə, nə vaxtları olacaq, nə də biz onları narahat etmək istəyirik. Bildiyiniz kimi, klub rəsmimiz Asif Əsgərov Avropa Klublar Birliyinin Komitəsində məsul vəzifədə işləyir. Mənə elə gəlir ki, onun görüşləri olacaq və bu vasitə ilə komandalarla kiçik təmasımız olacaq.

- Avropa Liqasının finalında hansı komandaya azarkeşlik edəcəksiniz?

- "Arsenal"a. Bunda Məsut özil amili var. Məncə, bir çoxları üçün bu amil böyük rol oynayacaq və bu, "Arsenal"ın xeyrinə işləyəcək.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest