"Benfika"nın yarımmüdafiəçisi Joao Feliksin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc vinger karyerasını hazırkı komandasında davam etdirəcək.

Avropanın nəhəng klubları - "Yuventus", "Mançester Yunayted", PSJ və "Real"ın maraq dairəsində olan 19 yaşlı futbolçu Portuqaliya klubunun yeni müqavilə təklifini qəbul edib. Sözləşməyə görə, onun illik məvacibi 2,5 milyon avroya qaldırılıb. Feliks bununla hücumçu Conasdan sonra komandanın ən yüksək ödənişli oyunçusu olub.

Qeyd edək ki, "Yuventus" bir müddət əvvəl 120 milyon avro təklif etsə də, "Benfika" Feliksin transfer qiymətinin 200 milyon avro olduğunu bildirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest